İsveçrə AB-dən rəsmi şəkildə imtina etdi

İsveçrə AB-dən rəsmi şəkildə imtina etdi backend

İsveçrə rəsmi şəkildə Avropa Birliyinə üzvlüklə bağlı verdiyi ərizəni geri götürüb. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsveçrə Xarici İşlər naziri Didye Burkxalter söyləyib. Onun sözlərinə görə, İsveçrə Avropa Birliyinə daxil olmaq istəmir:


“Biz artıq bununla bağlı Avropa Birliyini də xəbərdar etmişik. Biz bunun əvəzinə Avropa Birliyi ilə ikitərəfli əməkdaşlığı gücləndirmək istəyirik”.

Qeyd edək ki, İsveçrə 1992-ci ildə Avropa Birliyinə üzvlüklə bağlı ərizə verib. Bir müddət öncə isə ölkə parlamenti ölkənin AB-yə üzvlük məsələsinin dayandırılması haqqında qərar qəbul edib.
Diaspora