Türkiyənin Aİ-na daxil olmaması yenidən miqrant axımına səbəb ola bilər

Türkiyənin Aİ-na daxil olmaması yenidən miqrant axımına səbəb ola bilər backend

Bu ilin mart ayında Avroap İttifaqı ilə ona üzv olmayan Türkiyə arasında miqrantlarla bağlı 6 milyardlıq müqavilə imzalandı. Müqavilənin şəratlərinə görə tərəflər qarşılıqlı tələblər irəli sürüb. Belə ki, Avropa İttifaqı miqrantların axınının qarşısını almaq üçün qısaca Türkiyədən kömək istədi. Türkiyə isə qarşılığında bir sıra tələblərlə çıxış etdi. Əsas tələblərdən biri isə Türkiyənin Aİ-yə daxil olması idi. Təbii ki, Aİ üçün bu böyük məsuliyyətdir. 80 milyonluq əhalisi olan bir dövlətin üzv seçilməsi təşkilat üçün bir növ “Ağır yük “ olacaqdı.

Hal hazırda media mənsublarının yaydığı xəbərlər görə Türkiyə höküməti tərəflər arasındakı razılaşmanı dayanadırmaq niyyətindədir. Bu isə “Miqrant yükü”ndən əziyyət çəkən Avropa üçün çətinliklər yarada bilər, başlıcası mühacir axını yenidən başlaya bilər. Avropa İttifaqının razılaşma daxilində Türkiyə ilə viza rejiminin ləğv etməsi birbaşa miqrantlarala yerli türk əhalisi arasında sosial tarazlığı yaratmaqdan ibarət olduğu ortadadır. Hələ mart ayı ərəfsində ekspertlər bunun tərəflər arasında ciddi irəliləyişə səbəb olacağını bldirirdilər. Hətta Türkiyənin Aİ-na vaxtından əvvəl daxil olacağı ümidləri də vardı. Hazırki vəziyyətdə məsələ fərqli ampulada fəaliyyət göstərir.
Tarixə nəzər salsaq görərik ki, Türkiyənin Aİ-na üzvlüyü prosesi əslində uzun müddətdir ki, davam edir. Bu proses 1963-cü ildə başlayıb. Türkiyəyə rəsmi namizəd statusu isə 1999-cu ildə verilib. Lakin, Türkiyənin üzvlük prosesi heç də hamar getməyib. Proses boyunca çox ciddi problemlər ortaya çıxıb ki, Avropa Ittifaqlna üzvlük məsələləri ötən illərdə ciddi problemlərlə müşayiət olunurdu. Onun bildirdiyinə görə, o zaman Türkiyənin üzvlük prosesi avropalılar tərəfindən dayandırılmışdı. Türkiyənin Aİ-yə daxil olmasının əleyhdarları belə fikir söyləyirlər ki, Türkiyə əslində, Avropa ölkəsi deyil, buna görə də o, hətta bütün tələblərə əməl etsə belə, onu qəbul etmək olmaz. Əks təqdirdə, onların sözlərinə görə, Aİ Türkiyədən gələn miqrantlarla dolacaq və onu idarə etmək mümkün olmayacaqdır. Aİ ölkələrinin vətəndaşlarının əksəriyyəti Türkiyənin quruma üzv olmasını istəmir.

Avropa İttifaqı ilə Türkiyə arasında münasibətlər daha real xarakter almağa başlayarkən digər bir amil də meydana gəldi – Aİ genişlənmədən yoruldu. Yunanıstanın iflası təhlükəsi də bu mənada Türkiyənin xeyrinə deyil.

Ankara üçün Aİ-nin ziddiyyətli davranışı çaşqınlıq saldı. Türklər dərk etdilər ki, avropalılar özlərinin NATO üzrə çoxdankı müttəfiqlərinə deyil, keçmiş sovet blokundan olan dövlətlərə üstünlük verərək Türkiyənin iqtisadi və sosial tərəqqi sahəsində əldə etdiyi nailiyyətləri lazımınca qiymətləndirmədilər. Bu, xüsusi bir psixoloji effekt verdi. Türkiyə Respublikasının özündə Aİ-yə daxil olma məsələsi son onilliklərin mühüm sosial-siyasi, iqtisadi və özünüidentifikasiya problemi, hətta dünyagörüşü problemi olsa da, zaman keçdikcə, bu məsələ öz kəskinliyini itirir: Aİ-yə inteqrasiyanın lehinə çıxış edən vətəndaşların payı 2015-ci ildə 75%-dən 20%-ə qədər azalmışdır. 2015-ci ilin yanvar ayında Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edirdi ki, onun ölkəsini Avropa İttifaqına inteqrasiya məsələsi artıq maraqlandırmır. Bir qədər öncə baş nazirin müavini Bülənd Arınc da həmin sözləri demişdi. Aİ işləri üzrə nazir Volkan Bozkır isə bildirdi ki, "üzvlüklə bağlı danışıqlar artıq Aİ-nin tələb etdiyi formatda davam edə bilməz". O vurğuladı ki, Türkiyədə demokratiya Avropanın bəzi ölkələrindən də yüksək səviyyədədir.

Anlaşmanın digər mühüm tərəfi ondan ibarətdir ki, artıq Türkiyənin üzvlüyü üçün müzakirə prosesi yenidən bərpa olunacaq.

Türkiyə ilə Avropa Birliyi arasında əldə edilən miqrant axını razılaşmasının ləğv edilməsinin təhlükəsi olduğunu deyən Avropa Birliyi Komissiyasının rəhbəri Jan Kloud Yunkerin sözlərinə görə ortada böyük risk var və razılaşmanın müvvəfəqiyyət gətirəcəyi şübhəlidir: “Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan dəfələrlə bu müqavilənin ləğv edilməsi ilə bağlı fikirlər səsləndirib. Razılaşma ləğv edilərsə, Avropa yenidən böyük miqrant axını ilə üz-üzə qalacaq".
Digər məsələ isə ondan ibarətdir ki, Türkiyə bu anlaşma çərçivəsində Türkiyə tərəfi də Aİ-dən müəyyən güzəştlər qopara bildi. Həmin güzəştlərin də ən mühümü Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvindən ibarət idi.
Qeyd edək ki, prezidentin açıqlamasından əlavə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da türk vətəndaşlarının Avropa İttifaqı (Aİ) ölkələrinə vizasız səyahət edə bilmələri üçün oktyabr ayına qədər vaxt verib. Almaniyanın “Frankfurter Allgemeine Zeitung” agentliyinə danışan nazir, əks təqdirdə Aİ ilə mühacir mövzusunda imzalanan 18 mart tarixli razılaşmanın ləğv ediləcəyini bəyan edib.
Çavuşoğlu bu təklifi təhdid olaraq da görülməməsinin tərəfdarı olduğunu deyib:
“Türkiyə hökuməti Aİ-dən bu məsələ ilə bağlı cavab gözləyir. Bu, oktyabr ayının əvvəli və ya ortası ola bilər, amma biz qəti bir tarix gözləyirik”, - deyə nazir sözlərinə əlavə edib.
Türkiyənin razılaşmadan imtaina etməsi isə hələ rəsmi olaraq təsdiq edilməyib.

Rüfət Soltan
Diaspora