Türkiyə silahlı qüvvələrinə yeni təyinatlar gözlənilir

Türkiyə silahlı qüvvələrinə yeni təyinatlar gözlənilir backend

İyulun 28-də Türkiyənin baş naziri Binəli Yıldırımın sədrliyi ilə Ankarada, Çankaya sarayında keçirilən Ali Hərbi Şuranın 5 saat davam edən iclasında mühüm qərarlar qəbul olunub. İclasda dövlət çevrilişinə cəhd, Silahlı Qüvvələrə yeni təyinatlar, güc strukturlarında islahatlar və digər məsələlər müzakirə edilib.

Qaziler.az Anadolu agentliyinə istinadən xəbər verir ki, iclasda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, milli müdafiə naziri Fikri İşıq və digər güc strukturlarının komandanları iştirak ediblər.
İclasdan sonra prezident Rəcəb Tayyib Ərdoğanın adından Şura üzvlərinin şərəfinə Prezident sarayında ziyafət verilib.
Şuranın iclasında qəbul olunan qərarlar dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiq edildikdən sonra ictimaiyyətə açıqlanıb.
Türkiyə Silahlı Qüvvələrinin yenidən təşkilatlanması ilə əlaqədar açıqlama verən Türkiyə prezidentinin müşaviri İbrahim Kalın diqqətə çatdırıb ki, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, Quru Qoşunları komandanı, ordu generalı Salih Zeki Çolak, Dəniz Qüvvələri komandanı, ordu generalı Rəcəb Bülent Bostanoğlu və Hava Qüvvələri Komandanı, ordu generalı Abidin Ünal vəzifələrinin icrasına davam edəcəklər. Ordu generalları Yaşar Gülər və Ümid Dündar müvafiq olaraq Jandarma Qüvvələri komandanı və Baş qərargah rəisinin müavini vəzifələrinə təyin olunublar.
Qeyd edək ki, Ali Hərbi Şuranın rəhbəri Türkiyə Respublikasının baş naziridir. Baş nazir olmadıqda Şuraya Baş Qərargah rəisi
Diaspora