XİN: Münhendə atışma nəticəsində zərərçəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur

XİN: Münhendə atışma nəticəsində zərərçəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur backend

Münhendə atışma nəticəsində zərərçəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Azərbaycanın Almaniyadakı səfirliyinin Münhen polisindən aldığı məlumata əsasən, ticarət mərkəzində atışma nəticəsində həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur:

"Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik".
Diaspora