Ərdoğan ən güclü liderə çevrilir

Ərdoğan ən güclü liderə çevrilir backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tezliklə Türkiyənin banisi Mustafa Kamal Atatürk dövründən, ola bilsin, Osmanlı imperiyasının dağılmasından bəri ən güclü liderə çevrilə bilər.


Virtualaz.org bildirir ki. bunu Vaşinqton Yaxın Şərq siyasəti institutunun proqram rəhbəri, analitik Soner Kaqaptay deyib.

Baş tutmamış çevrilişdən sonra Türkiyə prezidenti iki ssenari üzrə hərəkət edə bilər. Bunlardan birincisi radikal ssenaridir. Konservativ və islam yönlü Ərdoğan artıq dinin dövlətdən ayrılması prinsipinə riayət etmir, xüsusilə də təhsil sahəsində. İndi isə o, çevrilişin törətdiyi dini əhval-ruhiyyəni Konstitusiyanı nəzərə almadan islam inqilabının başlanğıcı üçün istifadə edə bilər. “The Atlantic” jurnalı Kaqaptayın fikirlərini yazır.

Türkiyədə indiki ab-hava 1979-cu ilin İranını xatırladır. Analitik yazır ki, islam inqilabı zamanı orda da küçələrdə həyəcan artmış, məscidlər siyasi aksiyalara çağırır və siyasətlə dinin bir-birinə qarışması nəzərə çarpırdı. Fəqət, Ərdoğanın belə addım atacağı az inandırıcıdır. Kaqaptay bildirir ki. buna baxmayaraq, 1979-cu ilin İran ssenarisi hələ heç vaxt reallığa indi olduğu qədər yaxın olmayıb.

Ən inandırıcı görünən ikinci ssenaridir. Buna görə, Ərdoğan çevrilişdən sonrakı dəstəyi özünə sərfəli şəkildə istifadə edir və parlament vasitəsilə Konstitusiyaya dəyişiklikləri irəli sürür. Bu dəyişikliklərin mahiyyəti isə, təbii ki Ərdoğanın başçılığı ilə parlament üsul-idarəsini prezident üsul-idarəsinə dəyişməkdir.
Diaspora