Avstriya hökuməti Vyanada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək məqsədilə keçirilən nümayişlərlə əlaqədar Türkiyənin ölkədəki səfirindən izahat tələb edib. Bu barədə BBC məlumat yayıb.
Avstriyanın xarici işlər naziri Sebastyan Kurts bildirib ki, Türkiyə səfiri Vyanada dövlət çevrilişinə cəhddən sonra R.T.Ərdoğana dəstək məqsədilə keçirilən böyük aksiyanın rəsmi İstanbulun çağırışı ilə olub-olmadığını izah etməli olacaq.