Rusiya cari ilin sonunadək “S-300” zenit-raket komplekslərinin ikinci partiyasının İrana tədarükünü yekunlaşdırmaq niyyətindədir
Qaziler.az-ın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Rostex” korporasiyasının baş direktoru Sergey Çemezov bildirib.Onun sözlərinə görə, “S-300” komplekslərinin İrana tədarükü plana uyğun həyata keçirilir.
Qeyd edək ki, “S-300” zenit-raket komplekslərinin birinci partiyasının İrana tədarükünə bu ilin aprelindən etibarən başlanılıb.