Ölüm hökmünü tətbiq edəcəyi halda heç bir ölkə Avropa İttifaqına (Aİ) daxil ola bilməz. Avropa İttifaqına (Aİ)-nın bu cəzanın tətbiq olunmasına qarşı mövqeyi dəyişməzdir.
Qaziler.az TASS-a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak edənlərə qarşı ölüm hökmünün mümkün tətbiqinə dair müzakirələrə münasibət bildirərkən deyib.Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım ölkədə dövlət çevrilişinə cəhddə iştirak edənlər barəsində ölüm hökmünün verilməsi ehtimalını istisna etməyiblər.