Azərbaycan nümayəndə heyəti Serbiyaya gedir

Azərbaycan nümayəndə heyəti Serbiyaya gedir backend

Azərbaycan parlamentinin nümayəndə heyəti NATO Parlament Assambleyasının “Rouz-Rout” seminarında iştirak edəcək. Bu barədə Trend-ə nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Onun sözlərinə görə, seminar martın 31-dən aprelin 2-ə qədər Serbiyada baş tutacaq. Nümayəndə heyətinə həmçinin Milli Məclisin deputatı Siyavuş Novruzov və Milli Məclisin əməkdaşları daxildir.

R.Əliyev bildirib ki, seminarda Serbiyanın Avroatlantika icmasında yeri, Qərbi Balkanlarda regional əməkdaşlıq, korrupsiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, müdafiə idarəçiliyi sahəsində islahatlar və digər məsələlər müzakirə ediləcək.

R.Əliyev əlavə edib ki, seminarda Azərbaycanı maraqlandıran məsələlərlə bağlı fikirlərini bildirəcəklər.
Diaspora