Ərdoğanla Putinin görüş vaxtı bilindi

Ərdoğanla Putinin görüş vaxtı bilindi backend

Rusiya və Türkiyə prezidentləri avqustda görüşəcəklər.

Qaziler.az bildirir ki, ANS PRESS-in məlumatına görə, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın bugünkü telefon danışıqlarının yekunlarına əsasən, iki ölkə başçısının avqustun ilk həftəsində görüşü barədə razılıq əldə olunub. Lakin görüşün yeri bəlli deyil.

Məsələ ilə bağlı açıqlama verən Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov da faktı təsdiqləyib və bildirib ki, Putinlə Ərdoğanın görüşü hazırda müzakirə olunur. Görüşün avqustda olması mümkündür.

Daha öncə iki ölkə prezidentinin sentyabr ayında görüşəcəyi barədə məlumat yayılmışdı. Putin və Ərdoğanın G20 sammitində görüşəcəyi gözlənilirdi. G20 sammiti sentyabr ayında Çində baş tutacaq.

Xatırladaq ki, ötən ilin noyabr ayında Türkiyənin Suriya ilə sərhədə Rusiyaya məxsusu "Su-24" qırıcısını vurması iki ölkə ərazisindəki münasibətlərin korlanmasına, bütün əlaqələrin dondurulmasına və Rusiyanın Türkiyəyə sanksiyalar tətbiq etməsinə səbəb olub. Regionun iki hegemon dövlətinin münasibəti yenidən Ərdoğanın vurulan təyyarənin rusiyalı pilotunun ölümü ilə bağlı yazdığı üzürxahlıq məktubundan sonra düzəlməyə başlayıb.

Bu hadisədən 7 ay sonra - yəni iyunda prezidentlər arasında ilk telefon danışığı baş tutub. İkinci zəng isə hərbi çevrilişə cəhddən sonra olub. İki liderin əsas müzakirə mövzusu ilə iyunun 15-dən 16-na keçən gecə Türkiyədə baş verən hərbi çevrilişə cəhd olub.

Vladimir Putin dövlətin konstitusion quruluşuna qarşı fəaliyyətin yolverilməzliyi ilə bağlı Rusiyanın prinsipial mövqeyini ifadə edib. O, həmçinin həlak olanlara görə türk həmkarına başsağlığı verib, stabillik və sabitliyin qısa zamanda bərpasını arzu edib.
Diaspora