Azərbaycanın Xarici İşlər Nazirliyinin Türkiyədəki dövlət çevrilişə cəhd ilə bağlı bəyanat yayıb.
Qaziler.az bildirir ki, ANS PRESS-in məlumatına görə, bəyanatda bildirlir ki,qardaş Türkiyədə baş vermiş hadisələr bizi ciddi surətdə narahat etdi və sarsıtdı. “Bu demokratik yolla Türkiyə xalqının seçdiyi hökumətə qarşı bir qrupun etdiyi çevriliş cəhdidir.Türkiyə milləti və dövləti birlik və bərabərlik nümayiş etdirərək buna qarşı çıxıb. Qardaş Tükiyə xalqı və dövlətinin yanında olduğumuzu bir daha bəyan edərək, tezliklə vəziyyətin tam şəkildə sabitləşəcəyinə və normallaşcağına əminliyimizi ifadə edirik”.