Rəhbəri erməni Aşot Qabrelyanov olan Rusiyanın məşhur Life.ru saytı “Anadolu” agentliyinə istinadən xəbər yayımlayıb. Virtualaz.org bildirir ki, həmin xəbərdə türk agentliyinin Nice Katliam adlı işçisini Fransadakı terror aktına aid zarafatına görə işdən azad etməsindən danışılır. Həmin Nice Katliam adlı jurnalist zarafat edərək bildiribmiş ki, Nitsada yük maşınının “əyləci tutmayıb”.
Yanlışlıq isə ondan ibarətdir ki, “Nice katliamı” türkcədən tərcümədə “Nitsada soyqırım” mənasına gəlir və belə bir jurnalist, təbii ki, mövcud deyil.
Bu, Life-ru-nun Türkiyəyə aid yayımladığı ilk tamamilə səhv üzərində qurulmuş xəbəri deyil.