İlham Əliyevdən Ollanda BAŞSAĞLIĞI

İlham Əliyevdən Ollanda BAŞSAĞLIĞI backend

Prezident İlham Əliyev Fransa prezidenti Fransua Ollanda Nitsa şəhərində törədilən terror aktı ilə əlaqədar başsağlığı verib.


Lent.az-ın president.az saytına istinadən verdiyi məlumata görə, başsağlığı məktubunda deyilir: “Nitsa şəhərində törədilmiş dəhşətli terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı.

Biz bu qəddarlıq əməlindən son dərəcə hiddətlənir, bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik.

Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.
Diaspora