Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri başlayıb.
Qaziler.az-ın xəbərinə görə, səfər çərçivəsində Türkiyə xarici işlər naziri Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.Görüşlərdə ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.