“Azərbaycanda An-178-in istehsalı...”

“Azərbaycanda An-178-in istehsalı...” backend

Biz Azərbaycan Prezidenti İlham Əliyevlə Azərbaycan ərazisində An-178 təyyarələrinin istehsalı üçün birgə müəssisənin yaradılması imkanlarını müzakirə etdik. Axar.az “İnterfaks Ukrayna”ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra jurnalistlərə açıqlamasında Ukrayna Prezidenti Pyotr Poroşenko söyləyib.


Qeyd edək ki, Poroşenko dünən Azərbaycana səfər edib. O, Prezident İlham Əliyevlə görüşdən sonra Baş nazir Artur Rasizadə və spiker Oqtay Əsədovla da görüşəcək. Poroşenkonun həmçinin Azərbaycandakı Ukrayna icması ilə də görüşü olacaq.
Diaspora