Fomenkov: “Serjik, Azərbaycan tankları sizi…”

Fomenkov: “Serjik, Azərbaycan tankları sizi…” backend

Dünya inandıra bilməsə, o zaman Azərbaycan tankları Qarabağ ermənilərini inandıracaq ki, Ermənistandan qovulmuş azərbaycanlılar öz yerlərinə qayıtsınlar. Axar.az xəbər verir ki, bu sözləri Aleksandr Fomenkov Sərkisyanın “bütün dünya da yığışsa, Qarabağ ermənilərini azərbaycanlılarla çiyin-çiyinə yaşamağa məcbur edə bilməz” fikirlərinə münasibət bildirərkən deyib:


“Əgər, ümumiyyətlə, İrəvan xanlığını itirmək istəmirsinizsə, bunu qəbul etməyə məcbursunuz. Əks halda sizi əsl müharibə gözləyir - böyük əksəriyyəti türklərdən ibarət olan Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatı, NATO və Türkiyənin iştirakı ilə.

Ümid edirik ki, məsələ bu həddə gəlib çıxmayacaq. Serjik, səni Müəmmər Qəzzafinin aqibəti gözləyir.

Əks halda səni, Putinin təbiri ilə desək, öz ermənilərin Kremlin ayaqyolusunda tapacaqlar. Ona görə yox ki, onlar səninlə razı deyillər, ona görə ki, beynəlxalq erməniçiliyin günahini kiminsə boynuna yükləmək lazımdır.

Ardınca da, arxayın ol ki, Robik də gələcək (Robert Köçəryan. - Red.). Onun həyasız gülüşünü Heydər Əliyev axirətdə də bağışlamayacaq.

Roma Papasi səni və Robiki Romadakı ayaqyoluna belə buraxmaz. Çünki o, qoxuya həssas adamdır. Sizdən isə artıq cəsəd iyi gəlir”.

Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan Livanın “Əl-Mayadin” telekanalına müsahibəsində Qarabağ ermənilərinin heç vaxt azərbaycanlılarla bir yerdə yaşamayacağını bildirib.
Diaspora