Azərbaycan Milli Məclisinin növbəti iclası aprelin 3-də keçiriləcək. Parlamentdən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə 22 məsələ və əlavə olaraq İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2014-cü il üzrə hesabat daxildir.
Gündəliyə daxil olan məsələlər sırasında Seçki Məcəlləsinə, “Polis haqqında” və bir sıra digər qanunlara dəyişikliklər var.Milli Məclisin növbəti iclasının tarixi açıqlandı

