Bu gün Avstriyanın paytaxtı Vyanada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun görüşü keçiriləcək.
Qaziler.az Report-a istinadən xəbər verir ki, görüş zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş görüşün nəticəsi və münaqişənin həlli üzrə növbəti addımlar haqqında qrup üzvlərinə məlumat verəcək.