NATO ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bu barədə NATO-nun Varşava sammitinin yekun kommünikesində qeyd olunur.Sənəddə vurğulanır ki, alyans ölkələri Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həllinə sadiqdir:
"Biz əvvəlki kimi, Azərbaycan, Gürcüstan, Ermənistan və Moldovanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə sadiqik. Bununla əlaqədar olaraq, biz beynəlxalq hüququn bu prinsip və normaları, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında Cənubi Qafqazda, həmçinin Moldovada münaqişələrin sülh yolu ilə həllinə yönəlmiş səyləri dəstəkləməkdə davam edirik".