“Azərbaycan Rusiyanın Cənubi Qafqaz və Xəzər regionunda vacib strateji tərəfdaşıdır”.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nazir Sergey Lavrovun Azərbaycana səfəri ilə bağlı açıqlamasında deyilir.Bildirilir ki, Rusiya ilə Azərbaycan arasında əlaqələr bərabərhüquqluluq, bir-birinin maraqlarına hörmət və mehriban qonşuluq prinsipləri əsasında qurulub: “Ümumilikdə ticari-iqtisadi əlaqələrimiz də yaxşı inkişaf edir. İki ölkənin biznes nümayəndələri arasında dialoqun aktivləşməsindən və bu ilin payızında keçirilməsi nəzərdə tutulan hökumətlərarası komissiyanın iclasının nəticələrindən əlavə müsbət impulslar gözləyirik”.