Appaturay: Qarabağla bağlı status-kvo uzun müddət belə qala bilməz

Appaturay: Qarabağla bağlı status-kvo uzun müddət belə qala bilməz backend

“Hazırda danışıqlar masasında bir çox ideya var”.

Dağlıq Qarabağ məsələsində status-kvo uzun müddət davam edə bilməz və münaqişə danışıqlar yolu ilə həll edilməlidir.

Oxu.Az-ın məlumatına görə, bu sözləri NATO baş katibini Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələr üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay “Svoboda” radiosuna müashibəsində bildirib..

“Biz apreldəki 4 günlük müharibədən sonra bu münaqişədən narahatıq. Vəziyyət yenidən gərginləşə bilər və münaqişənin tənzimlənməsi üçün daha çox səy göstərilməsi vacibdir. Hazırda danışıqlar masasında bir çox ideya var. Bu yaxınlarda Azərbaycanın xarici işlər naziri erməni həmkarından sonra NATO-da oldu. Hər iki tərəfin təmsilçisi məsələyə öz dəqiq mövqeyini qoyub. Biz doğrudan da status-kvo-nun uzun müddət belə davam edəcəyinə inanmırıq. Münaqişə danışıqlar yolu ilə həll edilməlidir”, - deyə baş katibin təmsilçisi vurğulayıb.

Appaturay Azərbaycan və Ermənistan arasında baş verənləri NATO-nun izlədiyini söyləyib:

“Hər iki tərəf NATO üçün vacib tərəfdardır. Bu problem bizi narahat edir”.
Diaspora