Albaniyanın Azərbaycanda yeni səfiri təyin edilib

Albaniyanın Azərbaycanda yeni səfiri təyin edilib backend

Albaniyanın Azərbaycanda iqamətgahı Türkiyədə olacaq yeni səfiri təyin edilib. Albaniya hökumətinin dəftərxanasından verilən məlumata görə, yeni səfir Genti Qajeli (Genti Gazheli) olub.

Bu postda o, Qençi Muçayı əvəz edəcək.

Bundan əvvəl G.Qajeli Albaniya Xarici İşlər Nazirliyinin çirkli pulların yuyulmasının qarşısının alınması üzrə bölməsinin baş direktoru vəzifəsində çalışıb. O, alban, ingilis, fransız və italyan dillərində sərbəst danışır.

Yeni səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq. (“Report”)
Diaspora