Slovakiya Bakıya 250 idmançı ilə gələcək

Slovakiya Bakıya 250 idmançı ilə gələcək backend

Bu gün Azərbaycan prezidenti İlham ƏliyevSlovakiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Peter Priputenin etimadnaməsini qəbul edib.

APA-nın xəbərinə görə, səfirlə söhbəti zamanı dövlətimizin başçısı Azərbaycan ilə Slovakiya arasında əlaqələrin ikitərəfli və çoxtərəfli formatda inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu deyib. Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində qarşılıqlı marağın mövcud olduğunu vurğulayan prezident birgə fəaliyyət sahələrinin araşdırılmasının zəruriliyini qeyd etdi. Dövlətimizin başçısı Avropa İttifaqı çərçivəsində əməkdaşlığın ikitərəfli əlaqələrin inkişafı baxımından da mühüm əhəmiyyət daşıdığını deyib.

Səfir ölkəmizə səfərindən ötən dövr ərzində böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Diplomat Azərbaycanın Slovakiya üçün dost ölkə olduğunu və dövlətlərimiz arasında hər hansı siyasi problemin olmadığını vurğulayıb. O, ölkəsinin Azərbaycan ilə əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, turizm, idman, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu deyib.

Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıqla bağlı söhbət zamanı slovakiyalı diplomat ölkəsinin bu yarışlarda 250 idmançı ilə təmsil olunacağı barədə dövlətimizin başçısına məlumat verib.
Diaspora