Erdogan: “Partlayışı təəssüf ki, qonşularımız törədib“

Erdogan: “Partlayışı təəssüf ki, qonşularımız törədib“ backend

Türkiyə prezidenti Racep Tayyip Erdogan İstanbul hava limanındakı partlayışları törədənlərin keçmiş Sovet respublikalarından olmasını təsdiqləyib.

O deyib ki, təəssüf ki, bu partlayışları bizim Şimali Qafqazdan olan qonşularımız törədib.

Erdoğan Ramazan bayramı münasibətilə İstanbul məscidlərindən birində ibadət etdikdən sonra bu terror aktları ilə bağlı 30 nəfərin saxlandığını bildirib.

Onun sözlərinə görə, əsas şübhəlilərdən biri Dağıstandan, biri, Qırğızıstandan, biri isə Tacikistandandır.

Qaziler.az xəbər verir ki, bu barədə "Hürriyet” qəzeti məlumat verir.

KİV-lər də bundan əvvəl terrorçulardan 1-2-nin Rusiya və Qığızıstandan olması barədə məlumat yaymışdı.

Erdogan həmçinin bildirib ki, bu terror aktlarını "İslam dövləti” qrupu təşkil edib.
Diaspora