Lavrov gələn həftə Bakıya səfər edəcək

Lavrov  gələn həftə Bakıya səfər edəcək backend

Danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq.

Rusiya xarici işlər naziri Sergey Lavrov iyulun 11-12-də Azərbaycana səfər edəcək.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

Bildirilir ki, Rusiya XİN başçısının səfəri zamanı aparılacaq danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq.

Qeyd edək ki, S.Lavrov bundan əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Ermənistanda səfərdə olub.
Diaspora