Bir qrup vətəndaş Knessetinin qarşısında aksiya keçirib.
“Erməni soyqırımı”nın tanınması ilə bağlı məsələ İsrail Knessetinin iclasında səsverməyə çıxarılmayıb.Qaziler.az-ın News.am-a istinadən məlumatına görə, bunu Təl-Əviv erməni patriarxiyasının diplomatı Koryun Ata deyib.
O bildirib ki, iclas zamanı “erməni soyqırımı” məsələsi səsverməyə qoyulmayıb. Hökumət nümayəndəsi təhsil Komissiyasında bəzi məsələlərin müzakirə olunmasını təklif edib.
Koryun Ata əlavə edib ki, bu gün, iyulun 5-də, bir qrup vətəndaş Knessetinin qarşısında “erməni soyqırımı”nın tanınması tələbi ilə aksiya keçirib.
Xatırladaq ki, İsrail parlamentinin üzvü Robert İlatov ANS TV-yə bunun sadəcə bir qrup erməniyönümlü deputatın iddiası olduğunu və heç bir hüquqi əsasa malik olmadığını demişdi.