Ekspert: İsraildə müəyyən siyasi qüvvələr Türkiyə ilə barışığın əleyhinədir

Ekspert: İsraildə müəyyən siyasi qüvvələr Türkiyə ilə barışığın əleyhinədir backend

İsraildə müəyyən siyasi qüvvələr Türkiyə ilə barışığın əleyhinədir.

Bunu Trend-ə 2003-2010-cu illərdə Macarıstanın üç baş nazirinin xarici siyasət üzrə baş müşaviri olmuş Levente Kozma deyib.

Onun sözlərinə görə, İsraildə Türkiyə münasibətlərin normallaşmasının əleyhinə olan qüvvələr "erməni soyırımı"nın tanınması barədə məsələni Knessetin gündəliyinə çıxarıblar: "Onlar başa düşürlər ki, bu məsələnin qoyulması Türkiyəni özündən çıxaracaq və barışıq barədə sazişə təhdid yarada bilər".

Qeyd edək ki, "erməni soyırımı"nın tanınması barədə məsələ İsrail Knessetinin gündəliyinə çıxarılıb. Ölkə parlamenti iyulun 5-də bununla bağlı müzakirələr aparacaq.
Diaspora