Uydurma “erməni soyqırımı”nın tanınması ilə bağlı məsələ İsrail Knessetinin gündəliyinə daxil edilib. eurasiadiary.az-ın “news.am” saytına istinadla verdiyi xəbərə görə, bu məsələ Knessetin sabah keçiriləcək iclasında müzakirə olunacaq.
Erməni Apostol Kilsəsinin Yerusəlim yeparxiyasının nümayəndəsi Koryun ata bildirib ki, iyulun 5-də erməni və yəhudilərdən ibarət qrupun Knessetin qarşısında "soyqırım”ın tanıması tələbi ilə etiraz aksiyası keçirəcək.