“Rusiya və Türkiyə “İncirlik“ bazasından istifadə məsələsini müzakirə etməyib“ - Dmitri Peskov

“Rusiya və Türkiyə “İncirlik“ bazasından istifadə məsələsini müzakirə etməyib“ - Dmitri Peskov backend

"Kreml Rusiyanın Türkiyənin "İncirlik" hərbi bazasından istifadə ilə bağlı hər hansı bir rəsmi məlumatdan xəbərdar deyil". Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Əlbəttə, bu, mühüm bəyanatdır və onu həm siyasi, həm də hərbi planda lazımi qaydada təhlil etmək gərəkdir. Bunu da bizim müvafiq xidmətlərimiz edəcək", - deyə D.Peskov bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi Ankaranın Rusiyanın İŞİD terror qruplaşmasıyla mübarizə üçün "İncirlik" aviabazasından istifadəsinə icazə veriləcəyini istisna etməmişdi.
Diaspora