“ATƏT Dağlıq Qarabağ münaqişəsində sabitliyə nail olmaq üçün araşdırma mexanizmindən istifadə etməlidir”.
Qaziler.az ”Report”a istinadən xəbər verir ki, bunu ATƏT-in Parlament Assambleyasının Tbilisidə keçirilən illik sessiyasında çıxışı zamanı təşkilatın məruzəçisi Marqaret Soderfeld deyib.O, ATƏT-in Cənubi Qafqaz regionunda sabitliyə nail olmaq üçün müəyyən addımlar atdığını bildirib:
“Bu məqsədə nail olmaq üçün daha çox şey edə bilərik”.
M.Soderfeld ATƏT regionunda digər münaqişələrə, eləcə də münaqişələr zamanı qadınların üzləşdiyi problemlərə toxunub.