Bakı ən romantik şəhərlər siyahısında

Bakı ən romantik şəhərlər siyahısında backend

Turistlər üçün "Travel.ru" portalı 14 fevral - Sevgililər Günü səyahət etməyə məsləhət görülən Avropa şəhərlərinin reytinqini tərtib edib.

”Buro247”.az-ın verdiyi məlumata görə, reytinqdə Avropanın müxtəlif ölkələrinin ikilikdə romantik həftəsonu üçün münasib olan 20 şəhəri yer alıb. Avropanın sevgililər üçün cəlbedici şəhərləri arasında Bakının da adı çəkilib.
Məlumatda deyilir ki, Azərbaycanın paytaxtı özündə gəzməli-görməli ultramüasir yerlər ilə Orta əsrlərə məxsus gözəlliyi birləşdirir. Romantik tarixçəsi olan Qız qalası Bakının ən maraqlı yerlərindən biridir. Onun baxış meydançasından İçərişəhərin xeyli hissəsi görünür. Gəzib-dolaşmalı digər maraqlı yerlər Şirvanşahlar sarayı, səs-küylü bazar, milli kafe və restoranlardır.

Bakı siyahının 7-ci pilləsində qərarlaşıb. Siyahıda Bakıdan başqa Riqa, İstanbul, Lyublyana, Praqa, Tallin, Budapeşt, Lissabon, Vyana, Nitsa, Roma, Berlin, Venetsiya kimi şəhərlər də daxildir.
Diaspora