Avstriyada prezident seçkilərinin nəticələri ləğv edildi

Avstriyada prezident seçkilərinin nəticələri ləğv edildi backend

Avstriya Konstitusiya Məhkəməsinin qərarına əsasən, çoxsaylı pozuntuların aşkarlandığı prezident seçkilərinin nəticələri ləğv edilib.

Qaziler.az “Frans Press”ə istinadən xəbər verir ki, uduzmuş namizədin partiyası seçki prosesinin pozuntularla keçməsi səbəbi ilə məhkəməyə müraciət etmişdi.

Xatırladaq ki, may ayında keçirilmiş seçkilərin ikinci turunda müstəqil namizəd Aleksander van der Bellen səslərin 50,1%-ni toplayaraq prezident seçilmişdi. Onun rəqibi isə sağçı populist Azadlıq partiyasının namizədi Norbert Hofer idi.

Qaliv gəlmiş Van der Bellen 1997-2008-ci illərdə rəhbəri olduğu Yaşıllar partiyasının dəstəyi ilə avropapərəst siyasət yürüdür, 72 yaşı var. Onun əcdadları XVII əsrdə Hollandiyadan Avstriyaya köç etmiş rus emiqrantlarıdır.
Diaspora