Avropa komissarı Britaniyanın qarşısına şərt qoydu

Avropa komissarı Britaniyanın qarşısına şərt qoydu backend

Ticarət üzrə Avropa komissarı Cecilia Malmström BBC-ə müsahibəsində Böyük Britaniyanın Avropa İttifaqı ilə gələcək münasibətləri ilə bağlı danışıqlara başlamağın mümkünlüyünü rədd edib.

O deyib ki, danışıqlar Britaniyanın Aİ-dən çıxışı baş tutmayana qədər olmayacaq.

"Əvvəlcə çıxın, sonra danışıqlara başlayırsınız", - Newsnight proqramının efirində Malmström bildirib.
Aİ-dən çıxdıqdan sonra Britaniya hüquqi baxımdan "üçüncü ölkəyə" çevrilir. Yəni Britaniya Aİ ilə yeni müqavilənin şərtlərini müzakirə edənə qədər onunla ticarət Ümumdünya Ticarət Təşkilatının qaydalarına görə həyata keçiriləcək.
Buna misal olaraq, Malmström Aİ ilə yeddi illik danışıqlardan sonra ticarət müqaviləsi imzalayan Kanadanın adını çəkib. Bu razılıq ittifaqın hər bir üzvü tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minəcək və bu da bir neçə il vaxt aparacaq.
Böyük Britaniya ilə isə danışıqlar prosesi hələ başlaya bilməz, komissar vurğulayır.
"Bizim əlbəttə hörmət etdiyimiz referendumun heç bir hüquqi nəticəsi yoxdur. Əvvəlcə gərək sizin növbəti baş nazirin verəcəyi çıxış barədə bildiriş olsun. Mən ümid edirəm ki, tezliklə bu ediləcək. Çıxmaq proseduru onda başlayacaq", - Cecilia Malmström izah edir.
Ötən cümə axşamı keçirilmiş referendum nəticəsi ilə Böyük Britaniya Aİ-dən çıxmağı seçib. Ümumilikdə Britaniyada Aİ-ni tərk etmək üçün seçicilərin 52 faizi, qalmaq üçün isə 48 faizi səs verib.
Bu hadisə Aİ-nin sarsılmasına səbəb olub, həmçinin, Böyük Britaniya daxilində dərin fikir ayrılıqları olduğunu göstərib.
Diaspora