Məmmədyarov da “Qarabağ üzrə xüsusi sənəd var” dedi

Məmmədyarov da “Qarabağ üzrə xüsusi sənəd var” dedi backend

Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşündə Qarabağ nizamlanması üzrə substantiv (predmetli) danışıqlar başlayıb. Bu barədə bu gün Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov almaniyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransında bildirib.

Qaziler.az Turan-a istinadən bildirir ki, nazir "Üzərində iş aparılan sənəd var, biz bu istiqamətdə işləsək, sülhə nail ola bilərik",-deyə Məmmədyarov qeyd edib.

Münaqişənin nizamlanmasında Rusiyanın rolu və Moskvanın münaqişə tərəflərinin silahla təchiz etməsi haqda suala cavabda Məmmədyarov deyib ki, Rusiya regiona yaxın ölkədir, Cənubi Qafqazda sabitlik onun üçün əhəmiyyət kəsb edir və o, bunun üçün səy göstərir.

Məmmədyarov qeyd edib ki, Azərbaycan təkcə Rusiyadan deyil, digər ölkələrdən də silah alır və bu, tamamilə təbiidir, belə ki, ölkənin əraziləri işğal altındadır, azərbaycanlı əhaliyə qarşı isə etnik təmizləmə həyata keçirilib.
Diaspora