“Türk xalqını dost hesab edirik”. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya-Türkiyə münasibətlərini bərpa etməyə çağırıb.
Oxu.Az Gazet.ru-ya istinadən xəbər verir ki, jurnalistin müvafiq sualına cavab verərkən Zaxarova bəyan edib ki, Türkiyə ilə münasibətləri bərpa etmək mümkündür yox, lazımdır.
“Dünən ölkələrimiz arasında münasibətlərin bərpa edilməsi üçün Türkiyə tərəfindən atılan addımlar haqqında Rusiya prezidentinin göstərişlərini hamımız eşitdik.
Rusiya təyyarəsinin Türkiyə tərəfindən heç bir əsas olmadan vurulmasından sonra biz öz mövqeyimizi səsləndirdik – münasibətlər inkişaf etməlidir, münasibətlər olmalıdır, türk xalqını dost hesab edirik”, - o deyib.