Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
QAZİLƏR saytının AzərTAc-a istinadən xəbərinə görə, sərəncamla Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi rütbələr verilib:general-leytenant ali hərbi rütbəsi
general-mayor Vəli Məmiş oğlu Ələsgərova
general-mayor Elçin Ərsalan oğlu Əliyevə
general-mayor Fərhad Hüseyn oğlu Vahabova
general-mayor ali hərbi rütbəsi
polkovnik Vüqar Zülfüqar oğlu Allahquliyevə.