Rusiya və Türkiyə arasında əlaqələrin gələcək inkişafı Rusiya tərəfindən asılıdır, çünki Ankara Moskvaya doğru ilk addımı atıb.
Bunu Trend-ə politoloq, TOBB-nin (Türkiyə Palata və Birjalar İttifaqı) İqtisadiyyat və Texnologiyalar Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dosenti Toğrul İsmayıl deyib.Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə məktubu yaxşı düşünülmüş diplomatik addımdır:
"Rusiya bunu üzr kimi qəbul edib ki, bu da Moskvanın məktubdan məmnun qaldığını göstərir. Münasibətlərin gələcək inkişafı Rusiyadan asılıdır. Xüsusi komissiyanın yaradılıb-yaradılmayacağını, Rusiyanın təzminat tələb edib-etməyəcəyini vaxt göstərəcək".