Türkiyənin baş naziri Binali Yıldırım noyabrda vurulan Rusiya təyyarəsi ilə bağlı yeni açıqlama verib. Bu gün səhər təyyarəyə görə təzminatın ödənilə biləcəyini deyən nazir geri addım atıb.
ANS PRESS-in məlumatına görə, B.Yıldırım Türkiyənin təzminat ödəməsinin söhbət mövzusu olmadığını bildirib: "Rusiyaya təzminat ödənməsi söhbət mövzusu deyil. Sadəcə üzüntümüzü bildirdik. Pilotun qətlində şübhəli bilinən şəxslə bağlı da qanuni proses başladılıb".