Türkiyə və İsrail münasibətlərin normallaşdırılmasına dair saziş imzalayıblar. Bu barədə "CNN Türk" telekanalı məlumat verib. Sazişdən sonra ölkələr səfir mübadiləsi həyata keçirəcəklər. Qeyd edək ki, ötən gün Türkiyənin Baş naziri Binali Yıldırım bildirib ki, saziş Türkiyə parlamenti və İsrail Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.
Türkiyə Baş nazirinin sözlərinə görə, saziş qüvvəyə mindikdən sonra qısa müddətdə İsrailə səfir də təyin ediləcək.İsrailin Baş naziri Benyamin Netanyahu isə öz növbəsində bəyan edib ki, bu sazişin ölkəsinin iqtisadiyyatına böyük təsiri olacaq. Xüsusilə, İsrail hakimiyyəti Türkiyə vasitəsilə Avropaya qaz tədarükünü təşkil etmək niyyətindədir.(Trend)