Hər zaman Azərbaycan və Türkiyəni haqq işində dəstəkləyən Qazaxıstan bu dəfə də ənənəsinə sadiq qalıb.
Qaziler.az Azerbaycan 24-ə istinadən xəbər verir ki, İrəvandakı Qazaxıstan səfirinin sözləri ermənilərin “tüstüsünü təpələrindən çıxarıb”.Səfir Timur Urazayev “Qazaxıstan niyə “erməni soyqırımı”nı tanımır?” sualına ermənilərin özünü soyqırım törətməkdə ittiham edərək cavab verib: “Qazaxıstan tarixində də acı səhifələr var. 1920-30-cu illərdə bizim əhalinin 40%-i aclıqdan ölüb. Biz bu məsələlərin dərininə getmirik. Bəs buna görə kim günahkardır?!”
Səfir bu sözlərlə həmin vaxt Qazaxıstana rəhbərlik etmiş erməni Levon Mirzoyana eyham vuraraq dolayısı ilə erməniləri soyqırımda ittiham edib.
Səfirin sözləri Ermənistanda “soyuq duş” effekti yaradıb.