Roma papası Ermənistana səfər edib

Roma papası Ermənistana səfər edib backend

Roma papası Fransiskin Ermənistana səfəri başlayıb.

Qaziler.az-ın "armenpress.com”saytına istinadən verdiyi xəbərə görə, İrəvanın "Zvartnots” beynəlxalqhavalimanında Roma papası Fransiskin gəlişi münasibətilə təntənəli qarşılanma mərasimi təşkil edilib.

Papanı uşaq xoru qarşılayaraq, ona Ermənistanın "milli rəmzi” – lavaş və ərik veriblər.

Prezident terminalında papanın Ermənistan prezidentiSerj Sarkisyanvə katolikos II Qareginlə qısa görüşü olacaq. Bunun ardınca isə o, Eçmiadzinə gedəcək.

Bundan sonra papanın Ermənistana dövlət səfəri başlamış olacaq.