Dairələrin yarısında səslər hesablanıb: Brexit tərəfdarları liderdir

Dairələrin yarısında səslər hesablanıb: Brexit tərəfdarları liderdir backend

Dairələrin ümumi sayının yarısı üzrə referendumun nəticələrinə əsasən, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının (Brexit) tərəfdarları irəlidədirlər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 328 dairədən 175 dairə üzrə referendumun nəticələrinə əsasən, Britaniyanın Aİ-dən çıxmasını seçicilərin 51,3 faizi dəstəkləyib. Aİ ilə vahidlik tərəfdarları isə səslərin 48,7 faizini toplaya biliblər.


Qeyd edək ki, Şeffild, Blekpul, Qosport, Milton Kins, Suindon və Sanderlend şəhərlərinin sakinləri Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəkləyiblər.

Səslərin hesablanması prosesi davam edir. Aparılmış sorğular Britaniyanın Avropa İttifaqının tərkibində qalmasının tərəfdarlarının çoxluq təşkil etdiyini göstərib.
Diaspora