“Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” solçu radikal təşkilatı (FARC) və Kolumbiya hökuməti arasında 50 ildən çox davam etmiş müharibədən sonra atəşkəsə dair tarixi sülh sazişi imzalanıb.
APA-nın “RİA Nobosti”yə istinadən verdiyi xəbərə görə, sənəd Havanada Kolumbiya prezidenti Manuel Santos və üsyançıların lideri Timoleon Himenes tərəfindən imzalanıb.Üç il davam etmiş danışıqların nəticələrinin əks olunduğu sənədə əsasən, FARC-ın şəxsi heyəti saziş imzalandıqdan sonra 180 gün ərzində tərxis olunacaqlar.