Bakı Hərbi Məhkəməsinə hakim təyin edilib

Bakı Hərbi Məhkəməsinə hakim təyin edilib backend

Prezident İlham Əliyev Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin iş yerinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

Qaziler.az bildirir ki, "Report"un məlumatına görə, sənədlə Elbəy Hidayət oğlu Allahverdiyev Tərtər Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Hərbi Məhkəməsinin hakimi təyin edilib.