Səməd Seyidov: “AŞPA Türkiyəyə qarşı təxribata əl atır”

Səməd Seyidov: “AŞPA Türkiyəyə qarşı təxribata əl atır” backend

Avropa ŞurasıParlament Assambleyasının (AŞPA) yay sessiyasının plenar iclasında Türkiyə ilə bağlı müzakirə keçirilir.

Qaziler.az-ın APA-ya istinadən xəbərinə görə, AŞPA-nın bu gün səhər keçirilən plenar iclasında Türkiyədə demokratik təsisatların fəaliyyəti adlı hesabat ətrafında müzakirə başlayıb. Günün ikinci yarısı müzakirələr davam etdiriləcək və Türkiyə ilə bağlı hesabat qəbul olunacaq.

AŞPA-nın Monitorinq komitəsinin Türkiyə üzrə həmməruzəçiləri, norveçli İngebyörq Qodkesen və serbiyalı Nataşa Vuçkoviçin hazırladıqları hesabat bu ölkənin 2004-cü ildə qurumun post-monitorinq mərhələsinə keçməsindən sonra ən sərt hesabat kimi qiymətləndirilir. Sənəddə Türkiyə dövlətinin terrorizmlə mübarizə adı altında insan hüquqları, demokratiya və hüquqi dövlət prinsiplərini ciddi şəkildə pozduğu qeyd olunur. Sənəddə 2013-cü ildə Türkiyədə baş vermiş korrupsiya qalmaqalına toxunulur və bu məsələdə hökumətin əli olduğu iddia edilir. Eyni zamanda, məruzəçilər Türkiyənin PKK-ya qarşı apardığı antiterror əməliyyatlarının qeyri-proporsional olduğunu vurğulayıblar.

Hesabatın kifayət qədər tənqidi olmasına baxmayaraq, bir neçə parlamentar sənədə daha sərt əlavələr irəli sürüblər. Onlar 2004-cü ildənAŞPA-nın post-monitorinq dialoqu mərhələsində olan Türkiyənin monitorinq prosesinə salınmasını təklif ediblər.

Bu gün səhər assambleyada keçirilmiş müzakirələrdə azərbaycanlı millət vəkilləri də söz alaraq Türkiyəni müdafiə ediblər.

AzərbaycanınAŞPA-dakı nümayəndə heyətinin rəhbəriSəməd SeyidovAPA-ya açıqlamasındaAŞPA-nı Türkiyəyə qarşı təxribatda günahlandırıb: “Gördüyümüz kimi,AŞPATürkiyəyə qarşı təxribat etmək niyyətindədir. Çünki Türkiyə 2004-cü ildən assambleyanın post-monitorinq mərhələsindədir. Bunlar isə Türkiyəni yenidən monitorinq mərhələsinə qaytarmaq istəyirlər. Əslində, bu kimi təkliflər hazırkı hesabatın mövzusu deyil. Bu hesabatdan istifadə edərək belə bir təxribatçı addım atmaq istəyirlər. Hələlik məlum deyil, bu niyyətləri gerçəkləşəcək, ya yox. Ancaq hər bir halda, bir şey aydındır ki, burada biz Türkiyəyə qarşı güclü təbliğatın aparıldığını görürük və bu, bizdə çox ciddi narahatlıq yaradır. Azərbaycan nümayəndə heyəti olaraq əlimizdən gələni edirik ki, bunun qarşısını alaq, ancaq o qədər də asan deyil”.
Diaspora