Avropa İttifaqı (Aİ) dağıldığı bir halda, Rusiya dünya gücünə çevrilir, məşhur ABŞ maliyyəçisi George Soros bildirib.
Onun sözlərinə görə, indiki vəziyyət 1980-ci illərin sonunda yaranmış vəziyyətin tam əksini xatırladır – həmin dövrdə Sovet İttifaqı dağılırdı, Avropa İttifaqı isə güclənirdi.Londonda Mixail Xodorkovskinin "Açıq Rusiya" hərəkatının tədbirində çıxış edən Soros bildirib ki, Aİ-nin və Ukraynanın gələcəyi arasında birbaşa bağlılıq görürür.
Fevral ayında yazdığı məqaləsində Soros ehtimal etmişdi ki, 2017-ci ildə Rusiya iflasa uğraya bilər.
Maliyyəçi ehtimal etdiyi "Putin rejiminin" iflasını gələn il böyük həcmdə xarici borcların qaytarılması ilə izah edirdi.
Onun sözlərinə görə, 2017-ci ildə xarici borcların əsas hissəsinin ödənilməsi vaxtı başlayacaq.
Sorosun fikrincə, bunun qarşısını almaq üçün, Rusiya prezidenti Vladimir Putin Avropa dövlətləri arasında nifaq salmaq yolu ilə Rusiyanı tətbiq olunan sanksiyalardan azad etməyə çalışır.