“Görüş uğurlu olub“

“Görüş uğurlu olub“ backend

Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşünü müsbət qiymətləndirib.

Qaziler.az xəbər verir ki, o bu barədə Sankt-Peterburqda jurnalistlərə açıqlamasında deyib.

"Bugünkü görüş olduqca faydalı oldu və müəyyən ehtiyatla qeyd edə bilərəm ki, konstruktiv atmosferdə keçirildi" - , deyə E.Nalbəndyan bildirib.

O, həmçinin görüşlərin yalnız prezident səviyyəsində deyil, həm də XİN rəhbərləri səviyyəsində davam etdiriləcəyini vurğulayıb: "Bütün proseslər ATƏT-in Minsk qrupu formatında həyata keçiriləcək".
Diaspora