Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında baş tutacaq bugünkü görüş tərəflər arasında etibarın yaranmasına kömək edəcək və Dağlıq Qarabağ münaqişəsi üzrə çərçivə sazişi üzərində işləməyə şərait yaradacaq.
Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Twitter” mikrobloqunda yazıb.