Böyük Britaniyanın Avropa İttifaqından çıxması ölkə iqtisadiyyatı üçün çox ağır nəticələr yaradacaq.
Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Britaniyanın Baş naziri Devid Kemeron “Sunday Times” qəzetinə müsahibəsinə bildirib.Baş nazir ölkənin Avropa İttifaqından çıxmasının tərəfdarı olan konservatorlar Maykl Qouvu və Boris Consonu təşviqat kampaniyası zamanı həqiqətə uyğun olmayan bəyanatlar səsləndirməkdə günahlandırıb.
Xatırladaq ki, Britaniyanın Avropa İttifaqında qalıb-qalmaması ilə bağlı referendum iyunun 23-də keçiriləcək.