MSK sədri: Seçkilər baş tutmuş hesab edilə bilər

MSK sədri: Seçkilər baş tutmuş hesab edilə bilər backend

90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər baş tutmuş hesab edilə bilər.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkinin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, seçkiləri 740-dan artıq yerli və beynəlxalq müşahidəçi izləyib. M.Pənahov seçkilərlə bağlı hər hansı şikayətin daxil olmadığını bildirib.

Onun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyasının müşahidəçiləri də seçkinin şəffaf keçirildiyini bildiriblər.
Diaspora